Yaşlı qadınları soydu - 15, 30 manatdan ötrü

saytların hazırlanması

Evə çatdırılma

Yaşlı qadınları soydu - 15, 30 manatdan ötrü

Kriminal

19 Mart 2019 17:13 793


Bir neçə gün əvvəl Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Daha bir oxşar hadisə martın 16 saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi ev 54 ünvanının qarşısında qeydə alınıb. Bu hadisə zamanı isə naməlum şəxs 80 yaşlı paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək onun işərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb. pizza hut

Hər iki hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə məlumat ver iləndən sonra araşdırma aparılan zaman cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələrini törətməkdə şübhəli bilinən Quba rayon sakimi Sabir Orucov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 0,317 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!