Yataqxanalardakı yanğınla bağlı komissiya yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Yataqxanalardakı yanğınla bağlı komissiya yaradıldı

Sosial

25 Aprel 2019 19:52 750


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.

Bu barədə komitə sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, komissiya bununla bağlı araşdırmalar aparır: "Gələcəkdə bununla bağlı atacağımız addımlar müəyyən olunub. Yaxın günlərdə Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bununla bağlı dövlət vəsaiti ayrılsın. Vəsait ayrılandan sonra Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanaların elektrik naqilləri yenilənəcək, köhnə və qarışıq çəkilən xətlər təmizlənəcək. Təxminən 1 və ya 2 həftə ərzində prosesə başlanacaq". pizza mizza

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!