“Azərbaycanla Ermənistan arasında hərtərəfli sülhün yaxın on ildə mümkün olacağını güman etmirəm”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında keçmiş millət vəkili Nazim Baydəmirli deyib. İqtisadçı qonşu ölkələr arasında münasibətlərin normal olmasının ölkə əhalisinə, həmçinin iqtisadiyyata müsbət təsir göstərdiyini, sərhədyanı ticarəti inkişaf etdirdiyini deyib. Lakin Azərbaycanla-Ermənistan arasında belə bir əlaqənin yaxın dövr üçün real görünmədiyini vurğulayıb:
“Ermənistan Azərbaycana təcavüz edib ərazilərini işğal etmişdi. Əslində, bu işğalı həyata keçirən Rusiya İmperiyası idi, SSRİ adı altına hər şeyi Moskva həll edirdi və o, torpaqlarımızı Ermənistana icarəyə vermişdi. Lakin nəhayət, torpaqlarımızın əhəmiyyətli hissəsini şanlı ordumuzun əsgər və zabitləri azad etdi. Buna baxmayaraq, Rusiyanın bölgədə təsir imkanları mövcud olduqca, Ermənistan sərhədini Rusiya qoşunları mühafizə etdikcə sülh sazişinin imzalanacağına nikbin deyiləm. Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmayınca sülh müqaviləsini sadəcə müzakirə mövzusu olacaq. Azərbaycan tərəfinin indiyədək olan danışıqlarının elementlərində heç vaxt vurulan ziyanla bağlı təklifi yoxdur. Ola bilər ki, əlavə danışıqlarda bu mövzu var. Çünki Azərbaycan vurulan ziyan 2015-ci ilədək mənim hesablamam görə, 350 milyard dollardan yuxarıdır. Azərbaycan əraziləri bərpa etmək üçün müəyyən xərclər çəkir”. pizza mizza
Sabiq deputat qeyd edib ki, Ermənistan təcavüzünə göz yummuş böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan, “sülhməramlılar” oradan çıxarıldıqdan sonra, erməni əsilli vətəndaşlarımızın da yaşadığı ərazilərin bərpa işlərinə vəsait ayırmalıdırlar:
“Düzdür, kommunikasiyaların açılması ilə bağlı bəzi ölkələr onlara təsir edir. Burada Türkiyə, Rusiya marağı daha çox görünür, eyni zamanda Ermənistanın maraqları da təmin olunur. Lakin hər şeyə rəğmən, hazırda isə sülh müqaviləsi ilə bağlı danışıqları daxili auditoriyanı sakitləşdirməyə hesablanmış kimi qiymətləndirirəm. Heç bəlli deyil ki, kapitulyasiyanı Ermənistan edib, ya etməyib. Çünki onların “Dağlıq Qarabağ”ın statusu haqqında danışıqları var”.
Telegram kanalımız