Yaxın Şərqdəki Azərbaycan vətəndaşları təxliyə olunur

saytların hazırlanması

Evə çatdırılma

Yaxın Şərqdəki Azərbaycan vətəndaşları təxliyə olunur

Hadisə

10 Mart 2026 10:16 369


Martın 10-da Bakı-Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

Bu barədə “Yeni Sabah”a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, AZAL-ın Muskat-Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır. Dördpendirli pizza

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!