“Yaxın zamanlarda ikinci Azərbaycan dövlətinin şahidi olacağıq“ - Sabir Rüstəmxanlı

saytların hazırlanması

Evə çatdırılma

“Yaxın zamanlarda ikinci Azərbaycan dövlətinin şahidi olacağıq“ - Sabir Rüstəmxanlı

Siyasət

28 Oktyabr 2022 13:44 10346


"Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq". 

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı qeyd edib ki, rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib: Toyuqlu pizza

"Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət hesabına oxutdura bilmirik. Ədəbi əlaqələrimizin möhkəmləndirilməsi, milli birliyin inkişafı üçün az iş görülür. Vaxtilə biz türk sözünü dilimizə gətirəndə nizələr üzümüzə tuşlanırdı. Şükür, bu gün Qarabağ savaşı və bölgədə gedən proseslər Türk birliyi yolunun nicat yolu olduğunu təsdiqləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə ədəbi əlaqələrin möhkəmləndirilməsi zəruridir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!