Yayda enerjinizi artıran qida və içkilər - MARAQLI

saytların hazırlanması

Evə çatdırılma

Yayda enerjinizi artıran qida və içkilər - MARAQLI

Sağlamlıq

03 İyun 2025 17:26 737


Yay aylarında yüksələn temperatur səbəbilə bədəndə tez-tez halsızlıq və susuzluq hissi yarana bilər. Mütəxəssislər bildirir ki, bu mövsümdə düzgün qidalanmaq və kifayət qədər maye qəbul etmək həm bədənin enerji səviyyəsini qorumağa, həm də isti hava şəraitinə uyğunlaşmağa kömək edir.

Yenisabah.az qidalanma üzrə mütəxəssislərin yay üçün tövsiyə etdiyi həm dadlı, həm də enerjiverici içki və yeməklərin siyahısını təqdim edir:

Təbii içkilər ön plandadır. Portağal, nar, qarpız və ananas kimi C vitamini ilə zəngin meyvələrin təbii şirələri gün ərzində enerjini qorumağa kömək edir. Xiyar, limon və nanə ilə hazırlanan detoks suları da həm bədəni sərinlədir, həm də toksinlərin atılmasını sürətləndirir. Yayda ayran və kefir kimi probiyotik içkilər də bağırsaq florasını qorumaq və susuzluğun qarşısını almaq üçün tövsiyə olunur. Toyuqlu pizza

Mütəxəssislər şəkərli və qazlı içkilərdən uzaq durmağı məsləhət görür, çünki bu cür içkilər bədənin daha çox su itirməsinə səbəb ola bilər.

Yüngül və faydalı yay yeməkləri

Enerji ilə zəngin yay yeməkləri arasında qatıqla hazırlanan smuzilər, kinoa və tərəvəz salatları, qarpız-pendir birləşməsi və quru yemişlər – xüsusilə fındıq, badam və qoz üstünlük təşkil edir.

Banan, yulaf və bal əlavə edilən qatıq smuziləri həm doyurucu, həm də enerji vericidir. Kinoa ilə hazırlanan salatlar isə zülal və liflə zəngin olması ilə yay üçün ideal seçim sayılır.

Həkimlər gün ərzində kifayət qədər su içməyin də yayda enerjili qalmaq üçün əsas şərt olduğunu vurğulayırlar.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!