Yayda ölüm riski daşıyan 3 QİDA

saytların hazırlanması

Evə çatdırılma

Yayda ölüm riski daşıyan 3 QİDA

Sağlamlıq

21 İyul 2025 16:20 576


Yayda bəzi qidaların düzgün saxlanmaması, yanlış hazırlanması və ya artıq miqdarda qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bəzi hallarda isə ölümlə nəticələnən zəhərlənmələr də müşahidə olunur. 

Yenisabah.az yay aylarında yeyilməsi yüksək risk daşıyan 3 qidanı təqdim edir:

Ət və kolbasa məhsulları (xüsusilə açıqda satılanlar) pizza sifarişi

Belə ki, belə məhsullar istidə çox tez xarab olur. Həmçinin salmonella, Listeria, E. coli kimi bakteriyalar arta bilər. Yayda təhlükəli və mənşəyi məlum olmayan kolbasa məhsullarından zəhərlənmə ağır keçir və müalicə olunmazsa ölüm riski var.

Çiy və ya yarımçıq bişmiş yumurta

Çiy və yarımçıq bişən yumurta əsasən, tort kremi, salatlar içində olur. Bu qidalarda salmonella riski çox yüksəkdir.

Kremli şirniyyatlar (xüsusilə dondurma və açıqda satılan tortlar)

Kremli şirniyyatlar (xüsusilə dondurma və açıqda satılan tortlar) tez xarab olur, bakteriyalar sürətlə artır. Qida zəhərlənməsi ilə nəticələnə bilər, xüsusən uşaqlarda və yaşlılarda ağır keçir. (BAKU.WS)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!