Yazdığı statusa görə qadını zorlayıb öldürdülər –   Rusiyada

saytların hazırlanması

Evə çatdırılma

Yazdığı statusa görə qadını zorlayıb öldürdülər – Rusiyada

Kriminal

03 Sentyabr 2019 05:33 2680


Rusiyanın Tula vilayətində yaşayan iki nəfər kişi 26 yaşlı qadının zorlanaraq qətlə yetirilməsində şübhəli şəxs kimi saxlanılıblar.

“MK.ru” xəbər verir ki, qadının sosial şəbəkədə yazdığı status onların qəzəbinə səbəb olub. (Oxu.az)

Qadın sevgilisi və onun dostu ilə birlikdə Xotuş kəndi yaxınlığında spirtli içki qəbul edib. Onun sosial şəbəkədə yazdığı “Siçan, dinlə. Dalınca qaçacam? Özgüvəni azalt” statusu sevgilisinin xoşuna gəlməyib. Marqarita pizza

İstintaqın məlumatına əsasən, kişi sərxoş halda sevgilisini döyüb, sonra isə zorlayıb. Onun dostu da qadını zorlayıb.

Bədbəxt qadın aldığı zədələrdən dünyasını dəyişib. Qatillər meyiti meşə massivində basdırıblar.

Qohumları qadının itkin düşdüyü barədə məlumat verdikdən sonra polis axtarışlara başlayıb. Faciəvi insidentin baş verdiyi gün meyit tapılıb. Şübhəli şəxsləri isə qadının sosial şəbəkədə yazdığı statusun köməyi ilə aşkar ediblər. Hazırda cinayət işi qaldırılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!