Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri, tanınmış yazıçı Asif Cəfərli dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, bu barədə tənqidçi Əsəd Cahangir rəsmi “Facebook” hesabından məlumat yayıb.
“Neçə illərdən bəri xəstə olsa da, heç nəyi eyninə almaz, zarafatından qalmazdı. Beyləqan şair-yazıçıları onun timsalında təkcə bir sədri yox, ən yaxın dostu, böyük qardaşı itirdilər. Amma təsəllimiz da var, yerində balaları, xatirəsini əziz tutan dostları, qələm yoldaşları, oxucuları qaldı. Ölümüylə yaranan boşluğu heç kim və heç nə doldura bilməyəcək! Yeri həmişə görünəcək! Allah rəhmət eləsin! Qəbri nurla dolsun!”,-deyə Əsəd Cahangir əlavə edib. Sezar pizza
Telegram kanalımız