“Bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görüşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi”.
“Yeni Sabah” xəbər verir ki, bunu Report-a müsahibəsində Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib. O, bildirib ki, icra başçısı nəinki onunla görüşməyib, hətta müavininə ggörüşü qadağan edib: “Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil.
Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər”. Dördpendirli pizza
Rayon icra başçısının köməkçisi Mirmahmud Mahmudov isə Bakupost.az-a açıqlamasında deyib ki, yazıçı Çingiz Abdullayev Kürdəmir rayonuna aprel ayının 4-də gəlib: "O, rayona Nizami Gəncəvi adına muzeyin təşkilatçılığı ilə gəlmişdi. Həmin vaxt isə cənab başçı rayonun Mollakənd kəndində vətəndaşlarla səyyar görüşdə olub, ona görə də həmin tədbirdə iştirak edə bilməyib”.
Telegram kanalımız