Azərbaycan Yazıçılar Birliyi (AYB) fevralın 1-nə qədər üzvlük haqqı borclarını ödəməyən şair və yazıçıların qurumdan xaric olunması haqqında qərar qəbul edib.
Həmin şəxslərin məsələsinə qurumun Katibliyinin toplantısında baxılacaq və qərar veriləcək.
“Yeni Sabah” AYB Katibliyi üzvlərinin siyahısını təqdim edir: Pepperoni pizza
Anar - Azərbaycan Yazıçılar Birliyin sədri
Çingiz Abdullayev - birinci katib
İlqar Fəhmi - katib
Səlim Babullaoğlu - katib
Elçin Hüseynbəyli - katib
Rəşad Məcid - sədr müavini
Qeyd edək ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər. Quruma üzvlük haqqı illik 15 manatdır.
Aydan Hacı
Telegram kanalımız