Azərbaycanda kişinin ağlamasını düzgün hesab etməyən, bunun ayıb olduğunu düşünənlər var. Çoxları dahi Sabirin "kişi ağladıqca qeyrətsiz olur" fikrinə sitinad etməyi belə unutmur.
Yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirib:
"Kişi ağlamaz" fikri, mövqeyi çox möhtəşəmdir. Amma bu, o demək deyil ki, ağlamaq yalnız qadınlara məxsusdur. Xeyr!".
O, fikirlərinə belə davam edib:
"Sadəcə burda balaca, amma böyük məsələləri əhatə edən nüans var. Bu da ondan ibarətdir ki, qadınlar ağlayanda göz yaşları çölə tökülür, və sakitləşirlər. Buna "ağlaşma terapiyası" da demək olar. Mən dünyanın dörd bir yanını görmüş bir adam kimi deyirəm ki, əvvəllər kəndə-kəsəkdə kiminsə cavan oğlu, ya qızı rəhmətə gedəndə təbii ki, anası üz-gözünü cırır, saçını yolur, sanki, bu ölümə etiraz edirdi. Mən hüzr yerlərində görmüşəm ki, bəziləri o ağlayan qadının az qala ağzını yumurlar ki, ağlamasın. Bunu da ürəkləri yandı üçün edirlər. Amma daha müdrik qadınlar, nənələr, deyirdi ki, dəyməyin, qoyun, ağlasın, ürəyi boşalsın.Yəni, bayaq vurğuladığım "ağlama terapiyası".
Kişi ağalamz məsələsinə gəlincə isə, bunu dəqiq duymaq lazımdır. Yalnız dəqiq duyandan sonra dərk etmək mümkündür. Kişi ailənin, tayfanın, kəndin, bir şəhərin, ölkənin lideri, simasıdır. Bunu bizim müdriklərimiz o mənada deyib ki, yəni kişi ağlayandan sonra ona baxıb güclənənlər, onu yol göstərən hesab edənlər, məhvvolmaq dərəcəsinə qədər gəlib çıxa bilər. Onları bu məhv olmaqdan qorumaq üçün bu deyimi deyiblər. Əslində, kişi də ağlayır, bəlkə də qadın çox ağlayır, amma qadının çölə tökülən gözyaşlarından fərqli olaraq kişi göz yaşlarını içinə tökür, bunu da heç kim görmür.
Mən öz yazıçılarımızdan, şairlərimizdən misal çəkim: Əvvəlcə kişilər haqqın rəhmətinə gedir, 10-15, hətta, bəzən 50 il sonra isı həyat yoldaşları dünyasını dəyişir. Səməd Vurğunun həyat yoldaşı kimi...Çünki içə tökülən gözyaşları kislota kimi insanın içini darmadağın edir".
İmamət İSMAYILOVA
Telegram kanalımız