Yeddi yaşlı uşaq əməliyyatdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Yeddi yaşlı uşaq əməliyyatdan sonra öldü

Sosial

08 Fevral 2024 10:19 1259


Göyçay rayonunda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.

“Report” xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb. Toyuqlu pizza

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!