Yeməkdən sonra iflic və ölüm:   Azərbaycanda təhlükəli statistika

saytların hazırlanması

Evə çatdırılma

Yeməkdən sonra iflic və ölüm: Azərbaycanda təhlükəli statistika

Sağlamlıq

22 Sentyabr 2025 11:16 748


2025-ci ilin yanvar-avqust ayları ərzində botulizm diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 23 nəfər yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə xəstəxananın mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, zəhərlənən bütün şəxslərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri nəzarətdə saxlanılıb.

Qeyd edək ki, botulizm qida zəhərlənməsinin ən təhlükəli formalarından biridir. Xəstəlik, əsasən, düzgün saxlanılmamış konservləşdirilmiş məhsullardan istifadə zamanı yaranır. Botulizm sinir sistemini zədələyərək əzələ iflicinə səbəb ola bilər və vaxtında tibbi yardım göstərilmədikdə ölüm riski yaradır. Pepperoni pizza

Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!