Yenə eyni hal təkrarlandı - Bakının məşhur tunelini su basdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yenə eyni hal təkrarlandı - Bakının məşhur tunelini su basdı - VİDEO

Hadisə

27 Mart 2026 19:14 620


Bakıda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara və subasmalara səbəb olub.

“Yeni Sabah” “Real TV”yə istinadən xəbər verir ki, güclü yağış nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.

Xüsusilə hər il bənzər mənzərənin yaşandığı Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar tuneldə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. Dominos pizza

Bundan başqa, Binə, Ramana və Sulutəpə qəsəbələrində də yağıntının miqdarının çox olması səbəbindən həyətyanı sahələri və yolları su basıb. Hazırda bəzi ərazilərdə hərəkətin çətinləşdiyi və nəqliyyatda sıxlıqların yarandığı bildirilir.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında analoji hava şəraiti zamanı Sabunçu keçidində iki nəfər boğularaq həlak olmuşdu.

Ətraflı videoda


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!