“Yenə uduzan və rüsvay olan tərəf Ermənistan olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Yenə uduzan və rüsvay olan tərəf Ermənistan olacaq”

Siyasət

13 Sentyabr 2022 10:47 1548


“Xarici casus şəbəkəsi Ermənistanın hüquq-mühafizə və güc strukturlarında dərin kök salıb. Hesab edirəm ki, Ermənistan atəşkəsi pozmaqla məqsədli addımlar atır. Hazırki proseslərin arxasında Ermənistan hakimiyyəti dayanır. Əsas məsələ Qərbin regionda gərginliyi stabil saxlamasıdır. Ermənistan beynəlxalq arenada sülh tərəfdaşı olduğunu göstərir. Lakin əməldə isə gərginliyi saxlamaqdadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Qeyd edib ki, hadisələrin bu fonda davam etməsi maraqlı dövrə təsadüf edir. Təxribatlar Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı xüsusi nümayəndəsi İqr Xovayevin və ABŞ dövlət departamentinin Qafqaz üzrə nümayəndəsi Filip Rikerin regiona səfəri ərəfəsində gerçəkləşib: “Nümayəndələrin regionda olduğu müddətdə Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirməklə Qarabağ probleminin hələ də mövcud olması ilə bağlı mənzərə formalaşdırmağa çalışır. Ermənistanın tərxibatlarına qarşı Azərbaycan hər zaman ayıq-sayıq davranır. Ermənistan Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməyə məhkumdur. Ermənistan xoşluqla sülhə razı olmasa, zorla məcbur ediləcək. Bu işlərin ilkin elementlərin görürük. Ermənistan iqtidarı tez bir zamanda vəziyyəti dərk etməlidir. Azərbaycan hər situasiyada qalibdir. Yenə uduzan və rüsvay olan tərəf Ermənistan oalcaq”. pizza sifarişi

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!