Yeni avtomobil yolu inşa edilir

saytların hazırlanması

Evə çatdırılma

Yeni avtomobil yolu inşa edilir

Sosial

18 Aprel 2019 19:13 856


Suraxanı rayonunda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib.

AAYDA-dan "Yeni Sabah"a verilən məlumata görə, söhbət Hövsan qəsəbəsindən “Zeytun sovxozu” adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yoluna birləşən yeni avtomobil yolunun tikintisindən gedir. Hazırda “Zeytun sovxozu” adlanan yaşayış sahəsində 6.6 km uzunluğunda yeni yollar inşa olunur.

Layihəyə uyğun olaraq Hövsan qəsəbəsinin mərkəzi yolu ilə “Zeytun sovxozu” adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yolunu birləşdirəcək yeni avtomobil yolunun uzunluğu 2.2 km-dir. Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən 3 küçədə də tikinti işləri görülür. Bu küçələrin uzunluğu isə 4.4 km-dir. Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla enləri 8 metr təşkil edəcək. Pepperoni pizza

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün lazımi yol nişanları və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkilməklə hazırda tikinti işlərinin aparıldığı ərazi boyu yeni yol infrastrukturu yaradılacaq. Bununla da 2 yaşayış məntəqəsinin 37 mindən çox əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!