“Dünənin, bu günün və gələcəyin partiyası olduğunu keçdiyi 30 illik şərəfli yolda atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Bəzən zaman baxımından kiçik görünən bir dövr uğurlarla zənginlik baxımından daha böyük rəqəmlə ifadə olunmaq təsəvvürü yaradır. Bu baxımdan partiyanın VII qurultayından ötən bir il ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında mühüm tarixi məqamlarla yadda qalıb. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini təhlil etdi və bu siyasi qüvvənin perspektiv xarakterli strateji hədəflərini açıqladı. Məhz bu səbəbdən YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Məlumdur ki, son bir ildən artıq dövrün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, bu işləri müasir tələblər səviyyəsində həyata keçirib soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır".
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub ki, bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır: Marqarita pizza
“Təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır” söyləyən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi, geniş tətbiqinin dəstəklənməsidir: “Fəaliyyətin digər mühüm prinsiplərindən biri müasirlikdir ki, bu da partiyanın yeniliklərə, təkmilləşməyə açıq olmasında özünü qabarıq şəkildə büruzə verir. 2019-cu ilin sonlarında ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da əksini tapması üçün Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də bunun bariz nümunəsidir. Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəflərində də yeniliklərə, təkmilləşməyə meyillilik özünün aydın ifadəsini tapıb. Belə ki, Heydər Əliyev irsinin təbliği və təşviqindən sonra güclü iqtisadiyyatın qurulması və davamlı inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqların qorunması və xarici siyasətin, ordu quruculuğunun, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşdırılması kimi məsələlərin hər biri müasir dövrün yeniliklərinin tətbiqini bir tələb kimi qarşıya qoyur”.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 2018-ci ilin prezident və 2020-ci ilin parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır: “Yaranmış yeni reallıqlar iqtidar partiyasında islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. YAP yeni idarəetmə modelini özündə ehtiva edir. Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada Birinci müavin postunun təsis olunması və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir. VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini verməkdədir.”
Telegram kanalımız