Yüksək sürətli interneti hər kəs üçün əlçatan etməyi hədəfləyən Azercell abunəçilərini yeni kampaniya ilə tanış edir.
“Azərcell”dən “Yeni sabah”a daxil olan məlumata görə 3G USB, 3G MiFi və ya 4G MiFi cihazlarından birini əldə edən abunəçi tərəfindən ödənilən məbləğin 100%-i cihaz üzərində təqdim olunan nömrənin balansına geri qaytarılır. Cihazlar nağd ödəniş əsasında satıldığından, növbəti aylarda məcburi abunə haqqı tələb olunmur və cərimə tətbiq edilmir.
Beləliklə, kampaniya çərçivəsində 149 AZN ödəyərək, 4G MiFi alan abunəçilər 5 ay boyunca hər ay hədiyyə qismində təqdim olunan Limitsiz internet paketindən istifadə edəcək. Dəyəri 99 AZN olan 3G MiFi cihazını alan istifadəçilər 5 ay ərzində hər ay ödənişsiz təqdim edilən 30 GB-lıq internet paketindən yararlana biləcək. 3G USB cihazını 24 AZN ödəyərək, əldə edən abunəçilərə isə 3 ay boyunca hər ay 10 GB həcmində internet paketi hədiyyə olunacaq. pizza

Telegram kanalımız