Yazın gəlişi ilə əlaqədar bəzi mövsümi meyvələr artıq yetişməyə başlayıb. Meyvələrin tam yetişmə vaxtı may ayının sonlarına təsadüf etsə də bir çox yerlərdə onların satışını müşahidə edirik. İnsanlar isə diqqət etmədən vaxtından əvvəl meyvələrdən alır və bu, bəzi hallarda zəhərlənməyə səbəb olur.
Bu aylarda meyvədən zəhərlənmə hallarının olub-olmadığını və zəhərlənmənin ilkin əlamətlərini öyrənmək üçün Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovla əlaqə saxladıq.
A.Maqsudov “Yeni Sabah”a açıqlamasında meyvələrlə bağlı hazırda zəhərlənmə halının olmadığını bildirib. O vurğulayıb ki, buna diqqət olunmalıdır: Dominos pizza
“İndi çıxan meyvələr mövsümdən tez əmələ gəlir. Onları hansı yolla yetişdirirlər, buna mütləq diqqət etmək lazımdır. Ərik, çiyələk, alça kimi meyvələrə fikir verilməlidir, onların satışı mövsümdən tez başlayır. Hazırda meyvə zəhərlənməsi ilə bağlı müraciətlər yoxdur”.
Həkim zəhərlənmənin ilkin əlamətlərindən də danışıb:
“Meyvə zəhərlənmə zamanı mədə nahiyəsində ağrılar, ürək bulanması, fasilələrlə qusmalar, mədə-bağırsaqla bağlı ishal ola bilər. Bunlar qida zəhərlənməsinə aid olan simptom və şikayətlərdir”.
Zəhərlənmə zamanı insanların ilkin tədbir kimi qatıq içməsinə də aydınlıq gətirib:
“Ümumiyyətlə, hansı növ zəhərlənmə olsa da, qatıq içmə tam geridə qalmış məsələdir. Mütəxəssis kimi qatıq içmənin heç bir praktiki əhəmiyyətini görmürük. Nə qida, nə dərman zəhərlənməsində bunun xeyrini müşahidə etməmişik. Ondansa su qəbul edərək qusmağa çalışsınlar. Qatıq yedikdə qarışır, heç bir köməyi də olmur və vaxt itirirlər.
Əsmər Qabil
Telegram kanalımız