Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin “Qaynar xətt”inə vətəndaşlardan müraciətlər daxil olub.
“Yeni Sabah” xəbər verir ki, müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirib. Ərazidə 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.
Faktla bağlı müvafiq araşdırma aparılmış, həmin ərazi məişət və digər tullantılardan təmizlənmiş və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib. pizza mizza
Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.
Telegram kanalımız