Yeni həftə tıxacla başladı

saytların hazırlanması

Evə çatdırılma

Yeni həftə tıxacla başladı

Avto

06 Mart 2023 08:37 4244


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxtın küçə və prospektlərində müşahidə olunan sıxlıqla bağlı məlumat yayıb.

Mərkəzdən “Yeni Sabah”a bildirilib ki, hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Hal-hazırda yollardakı vəziyyət: Dominos pizza

1. Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. "20 Yanvar" dairəsində sıxlıq müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!