Yeni “iPhone“ modellərinin təqdim ediləcəyi vaxt məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Yeni “iPhone“ modellərinin təqdim ediləcəyi vaxt məlum oldu

Rəqəmsal

30 Avqust 2019 14:41 1357


“Apple” korporasiyası sentyabrın 10-da Stiv Cobs adına teatrda “By innovation only” (“Yalnız yenilik”) şüarı altında tədbir keçirəcək.

“Yeni Sabah” “Yenicag.az”-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbiri “Apple.com” saytından canlı izləmək mümkün olacaq. “Apple”ın yenidən 3 smartfon modeli təqdim edəcəyi gözlənilir.

Smartfonlar 12 meqapiksellik selfi kamera (2018-ci ilin modellərində bu göstərici 7 meqapiksel olub), “TSMC”in istehsalı olan təkmilləşdirilmiş “A13” çipi, daha tutumlu batareya, “Lightning” əvəzinə “USB-C” portu, həmçinin ikitərəfli simsiz enerjidoldurma texnologiyası (başqa qurğuları enerji ilə doldura biləcəklər) ilə təchiz ediləcək. Pepperoni pizza

Qeyd edək ki, tədbirdə təqdim ediləcək yeniliklər haqda məlumat verilməyib, ancaq adətən “Apple” məhz sentyabrın əvvəlində yeni smartfon və başqa yeniliklərini təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!