Yeni kameralar qayda pozanları belə çəkir - Video

saytların hazırlanması

Evə çatdırılma

Yeni kameralar qayda pozanları belə çəkir - Video

Avto

22 Dekabr 2022 21:07 32831


Təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə cərimələnən sürücü elektron protokola əlavə edilmiş videonu sosial şəbəkədə paylaşıb.

Yenisabah.az xəbər verir ki, protokol paytaxın Füzuli küçəsində qeydə alınıb.

Görüntüdən də aydın şəkildə görünür ki, sürücü həqiqətən də təhlükəsizlik kəmərindən istifadə etməyib. Kamera qayda pozuntusunu qeydə alan zaman sürücünü yaxın rejimdə də çəkir ki, xəta tam sübuta yetirilsin. Marqarita pizza

Əvvəllər kameraların pikseli o qədər yüksək olmadığı üçün sürücülər kəmərdən istifadə etdiklərini bildirərək müxtəlif bəhanələr gətirirdilər. Təbii ki, bu bəhanələr də cərimədən yayınmaq üçün idi. Lakin yeni quraşdırılmış kameralar çox keyfiyyətli çəkdiyi üçün sürücülər məsuliyyətdən boyun qaçıra bilmirlər.

Eyni zamanda həmin kameraların infra qırmızı işıqları da olduğu üçün geccə vaxtı da qaydda pozuntularını rahatlıqla qeydə ala bilir.

/Avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!