Yeni lüğətlər tezliklə nəşrə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni lüğətlər tezliklə nəşrə veriləcək

Mədəniyyət

03 Aprel 2026 17:15 1093


Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat yayıb.

Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir: Dördpendirli pizza

"Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".

N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:

"Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!