Yeni mənzillərin hüquqi dövriyyə üsulu müzakirə edilib

saytların hazırlanması

Evə çatdırılma

Yeni mənzillərin hüquqi dövriyyə üsulu müzakirə edilib

İqtisadiyyat

02 May 2019 08:09 903


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçirib.  

“Yeni Sabah” xəbər verir ki, dəyirmi masanın açılışını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və GİZ-in proqram rəhbəri Thomas Meyer edib.

Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi və sistemli islahatlar aparılır: “Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılan tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasının da ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsi imkanı nəzərdə tutulub. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən torpaq ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönələn tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər” Dominos pizza

GİZ-in proqram rəhbəri Thomas Meyer isə təminat qeydinin zərurəti barədə Almaniya təcrübəsi barədə iştirakçılara ətraflı məlumatlar təqdim edib. Onun sözlərinə görə Almaniyada təminat qeydinə oxşar “ilkin qeyd” adlı institut daşınmaz əmlak bazarında təhlükəsiz hüquqi dövriyyənin təmin edilməsi vasitəsi kimi geniş yayılmışdır və vaxtilə bu sahədə olan müəyyən neqativ halların qarşısının alınmasının bir üsulu kimi özünü doğruldub. Bu baxımdan, həmin təcrübədən Azərbaycan Respublikasında  həm qanunvericilik, həm də işgüzar dövriyyədə müvəffəqiyyətlə istifadə edilə bilər. 

Müzakirələrə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri-hökumət təşkilatlarının nümayəndələri də daxil olmaqla 60-a yaxın iştirakçı qatılıb. 

   

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!