Yeni mənzillərlə bağlı dəyirmi masa keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni mənzillərlə bağlı dəyirmi masa keçiriləcək

İqtisadiyyat

24 Aprel 2019 15:00 926


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçirəcək. 

“Yeni Sabah” xəbər verir ki, dəyirmi masa zamanı təminat qeydi institutu ilə bağlı müddəaların təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinə 2017-ci ilin dekabr ayının 15-də edilmiş əlavə və dəyişiklər müzakirə ediləcək, həmin dəyişikliklərin hüquq tətbiqetmə praktikasında tətbiqi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. 

2 sessiya çərçivəsində təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olacaq.  Dördpendirli pizza

Müzakirələrdə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Dəyirmi masada iştirak etmək istəyənlər göstərilən linkdən qeydiyyatdan keçə bilərlər: http://ereforms-giz.ereforms.org/.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!