Yeni metro stansiyasının tikintisi dayandırıldı - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Yeni metro stansiyasının tikintisi dayandırıldı - RƏSMİ

Rəsmi

20 Dekabr 2024 18:28 2251


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb.

Yenisabah.az Sfera.az-a istinadən xəbər verir ki, bunu TNS-yə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: Pepperoni pizza

“Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərmər üzlük - qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var”.

Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub. Onun sözlərinə görə, bundan sonra qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!