“Konsepsiya təbii ki, köhnəlib, amma onun yenilənməsi üçün sifariş rəhbərlikdən gəlməlidir. Çox güman ki, yeni Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanmasında biz də iştirak edəcəyik”.
Bunu Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Konsepsiyanın bir sıra müddəaları artıq yeni reallıqları əks etdirmir. pizza mizza
Sənəddə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi, Qarabağ münaqişəsinin nizamlanmasında yeganə vasitəçinin ATƏT-in Minsk qrupu olması və s. köhnəlmiş müddəalar mövcuddur.
Bir çox mütəxəssislərin rəyinə görə də, Konsepsiyanın dəyişdirilməsinə ehtiyac var.
Qüvvədə olan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasını Xarici İşlər Naziri və ləğv edilmiş Strateji Araşdırmalar Mərkəzi (SAM) hazırlamışdı.
Rafi MÜSLÜMOV
Telegram kanalımız