Dövlət İmtahan Mərkəzi fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək.
“Yeni Sabah” xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.
Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq. Pepperoni pizza
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Telegram kanalımız