“Yeni müəssisələrin açılması ölkəmizin ixrac imkanlarını genişləndirir”

saytların hazırlanması

Evə çatdırılma

“Yeni müəssisələrin açılması ölkəmizin ixrac imkanlarını genişləndirir”

Siyasət

17 Avqust 2023 01:15 866


İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri kimi diqqətdədir.

Avqustun 15-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışı da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istehsal prosesi ilə yaxından tanış oldu. Zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə  həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Dördpendirli pizza

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi əhəmiyyət verilir. Mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Yeni texnologiyaların tətbiqi iqtisadi inkişafın davamlılığının təmin olunmasında, Azərbaycanın yüksək sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyinin qorunmasında öz rolunu oynayır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında ön yerlərdə qərarlaşır. Bu, ölkəmizdə inklüziv inkişafın göstəricisidir.

 

 Vüqar Rəhimzadə diqqəti ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələrinə yönəldib. Bildirib ki, 7 sənaye parkının və 5 sənaye məhəlləsinin mövcudluğu sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühitini yaradır. Ümumilikdə ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması Azərbaycanın böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Hazırda investisiyaların həcmində müşahidə olunan artım da bunun bariz nümunəsidir. 

Baş redaktor qeyd edib ki, daxili tələbatın yerli istehsal hesabına ödənilməsini “Diamed” dərman istehsalı zavodunun timsalında da aydın görə bilərik. Zavodda 100 iş yeri yaradılıb. Bu müəssisələrin müasir tələblər səviyyəsində qurulması, avadanlıqlarla təchizatı öz növbəsində xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin  inkişafında və yeni layihələrin gündəmə gətirilməsində öz sözünü deyir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!