“Azərbaycanın Qarabağ ərazisindəki suveren hüquqları bərpa edilməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, son dövrlər Qarabağda yaşayan və Azərbaycana qarşı terrorda iştirak etməyən sadə ermənilərin Azərbaycana inteqrasiya meylləri açıq hiss olunur: Marqarita pizza
“Azərbaycan tərəfi deputat Ramin Məmmədovun timsalında Qarabağda yaşayan ermənilərlə ünsiyyətin yeni meyarlarını müəyyənləşdirib. Artıq Xocalıda ilkin təmaslar gerçəkləşdirilib”.
Siyasi şərhçi hesab edir ki, bu hadisələr fonunda Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya prosesinin ortaya çıxması oradakı separatçıları ciddi formada narahat edir:
“Regionda separatçılığın qalması Fransa, Rusiya və İran kimi qüvvələrin maraqlarına xidmət edir. Həmin qüvvələr də düşünürlər ki, bölgədə nə qədər çox separatçılıq olarsa, onlar da bir o qədər bu separatçılıq vasitəsilə Azərbaycan və Türkiyəyə siyasi təzyiq və təsirləri genişləndirmə şansları əldə edə bilərlər. Ona görə də separatçıları Azərbaycan əleyhinə təxribatlara sürükləyirlər”.
Tural İsmayılov əlavə edib: “Hər kəsə bəllidir ki, bu gün Ermənistanın hansısa bir formada Azərbaycanla müharibə aparacaq bir potensialı yoxdur. Biz görürük ki, Fransa casus şəbəkəsinin Ermənistan ərazilərində peyda olmasından çox qısa bir müddət sonra Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təxribatlar edilir, ölkəmizə qarşı yeni müharibə bəyanatları səsləndirilir və Ermənistan yeni müharibəyə hazırlaşdırılır.
Əlbəttə, bütün bunlar Azərbaycanın növbəti aniterror əməliyyatları keçirməyini zəruri edir. Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirə bilər, eyni zamanda, Laçın yolunda mütləq şəkildə nəzarət-buraxılış məntəqələrimiz quraşdırılacaq. Həmçinin, delimitasiya olunmamış sərhədlərdən Ermənistanın Azərbaycana qarşı təxribatlarının və cinayətlərinin qarşısını almaq üçün mütləq şəkildə yenidən Ermənistana "Dəmir Yumruğ"u göstərmək lazım gələcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız