Yeni pandemiya qapıda: Xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Yeni pandemiya qapıda: Xəbərdarlıq edildi

Dünya

29 Yanvar 2024 07:22 24326


Bəşəriyyət Sibirin əbədi donmuş ərazilərində aşkar edilmiş viruslar səbəbindən yeni pandemiya təhlükəsi ilə üzləşə bilər.

“Yeni Sabah” Oxu.az-a istinadən bildirir ki, alimlərin fikrincə, qədim Sibir viruslarının qlobal istiləşmə səbəbindən yayıla və naməlum xəstəliklərin yayılmasına səbəb ola bilməsi riski var. Bu zombi virusları adlandırılan "Mafusail" mikroblarının ştammları tədqiqatçılar tərəfindən artıq müəyyən edilib.

Alimlər xəbərdarlıq edirlər ki, növbəti pandemiyanın səbəbi yeni viruslar deyil, uzaq keçmişdən gələn viruslar ola bilər. Bununla əlaqədar olaraq, bioloqlar qədim mikroorqanizmlərin yaratdığı xəstəlik hallarını müəyyən edəcək Arktika monitorinq şəbəkəsinin yaradılmasını planlaşdırmağa başlayıblar. Xidmət yoluxmuş şəxslərə karantin və ixtisaslı tibbi yardım göstərəcək, həmçinin yoluxma zonasında insanların hərəkətinə nəzarət edəcək. pizza hut

"Hazırda pandemiya təhlükəsinin təhlili cənub bölgələrində yarana və sonra şimala yayıla biləcək xəstəliklərə yönəlib. Bununla belə, Uzaq Şimalda cənuba yayıla biləcək epidemiya ehtimalına az diqqət yetirilmişdir, məncə, bu, diqqətsizlikdir. Orada insanları yoluxdura və yeni epidemiyaya səbəb ola biləcək təhlükəli viruslar var", - deyə Marsel Universitetinin genetiki Jan-Mişel Klaveri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fəxrəddin
    Bütün dünyada həmişə olub və olacaq viruslardan hökumətimiz milləti qapalı , seçkiləri və hüquq -azadlığımızı nəzarət altında saxlamaq üçün istifadə edir
    2 years ago
  • Mehriban
    Vallah bezdik bu viruslardan krip da yıxıb bizi, bir zombi olmağımız qalmışdı oda tamam Allah bizləri görünen. Ve görünmeyen belalardan qorusun inşallah amin
    2 years ago
  • Valeh
    Heç bizde hele kartindi quru yollar baglı yene qara millet qırlar 190azni varlilar alar yene deyeceklerki sizin maşın var düşmür daha neler mence virslar muharbelerden emele gelir buz eridi duz erdi bunlar boş şeylerdi insan çoxalib sade usulla qırırlar
    2 years ago
  • Babek aslanli
    Bizi qırıb batirmiyana qədər əl cəkmiyəcəklər
    2 years ago
  • Səbuhi
    Koronavirusun qohumudu? Yeni oyundu?
    2 years ago
  • Səbuhi
    Koronavirusun qohumudu? Yeni oyundu?
    2 years ago
  • Səbuhi
    Koronavirusun qohumudu? Yeni oyundu?
    2 years ago
  • Səbuhi
    Koronavirusun qohumudu? Yeni oyundu?
    2 years ago