Yeni parklanma qaydaları barədə TAM MƏLUMAT –   Hansı ərazilər pulsuzdur?

saytların hazırlanması

Evə çatdırılma

Yeni parklanma qaydaları barədə TAM MƏLUMAT – Hansı ərazilər pulsuzdur?

Avto

26 İyul 2023 08:58 7981


Sabahdan nəqliyyat vasitələrinin parklanmasına görə yeni qaydalar qüvvəyə minir.

Xezerxeber.az xəbər verir ki, Bakıda ümumilikdə 5 Parklanma zonası müəyyən edilib. Mərkəz zona şəhərin tarixi hissəsini, digər zonalar isə ordan kənarlaşdıqca, ətraf əraziləri əhatə edir. Hər zonaya uyğun ödəniş məbləği saatı 30 qəpikdən, 1 manatdək müəyyənləşdirilib. Nəqliyyat tələbinin aşağı olduğu 4-cü zona üzrə parklanma ödənişsiz olacaq. 

Həmçinin, parklanma ərazisindən 100 metr sağ və sol məsafədə yerləşən binalarda qeydiyyatda olan sakinlər üçün parklama ödənişsizdir. Bunun üçün onlar aidiyyəti üzrə müraciət edib parklanma talonları əldə etməlidirlər. pizza mizza

Parklanmaya görə ödənişlər nağdsız formada həyata keçiriləcək.

Bütün parklama məntəqələrində nişanlar və məlumat lövhələri  quraşdırılacaq.

Nəqliyyat vasitələri parklanma ərazisinə daxil olduqda mobil tətbiq vasitəsilə qeydiyyatdan keçəcəklər. Ərazidə agentliyin nəzarətçiləri olacaq, onlar mobil tətbiq vasitəsilə ödənişin olunub-olunmamasına nəzarət edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!