Yeni prezident “qocalar”ı yola salacaq

saytların hazırlanması

Evə çatdırılma

Yeni prezident “qocalar”ı yola salacaq

Dünya

22 Aprel 2019 12:01 1366


Ukraynada prezident seçkilərinin ikinci turunda “exit-poll”un nəticələrinə görə qalib gələn Vladimir Zelenski keçirdiyi brifinqdə maraqlı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, o Prezident Administrasiyasında kifayət qədər ixtisarlar aparacağını bəyan edib. “Andiçmə mərasimindən sonra kadr siyasəti ilə bağlı qərarlar verəcəyəm. Öncə Ukraynanın Baş prokuroru Lutsenkonu vəzifəsindən uzaqlaşdıracağam. Lutsenko köhnə komandadır, yeni simalar gətiriləcək”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb. pizza mizza

Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!