Yeni prezidentdən latın əlifbasına dəstək

saytların hazırlanması

Evə çatdırılma

Yeni prezidentdən latın əlifbasına dəstək

Dünya

03 Aprel 2019 18:39 1003


Qazaxıstanda latın qrafikasına keçid mənəvi modernləşmənin əsas mərhələlərindən biridir.

Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev deyib.

O bildirib ki, latın qrafikasına keçid mərhələli şəkildə davam edəcək: Pepperoni pizza

“Bu gün Qazaxıstan dövrün tələblərindən geri qalmır, qonşu ölkələr də latın qrafikasını seçiblər. Dünyada informasiyanın 90 faizi latın qrafikası ilə çap olunur. Kim informasiyaya malikdirsə, onun elmi və texnologiyası inkişaf edir”.

Xatırladaq ki, 2017-ci ilin oktyabrında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev 2025-ci ilədək mərhələli şəkildə latın qrafikasına keçidlə bağlı fərman imzalamışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!