Yeni qaydalar Artur Rasi-Zadənin soyadına aid edilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni qaydalar Artur Rasi-Zadənin soyadına aid edilməyəcək

Sosial

20 Aprel 2019 21:34 1656


“Baş Nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları köhnə qaydalara uyğun şəkildə yazılan soyadlara şamil olunmur. Azərbaycanın sabiq Baş Naziri Artur Rasi-Zadənin soyadı sənəddə necədirsə, elə də qalacaq. Amma Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, -zadə şəkilçisi bitişik yazılmalıdır”.

Bunu  AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, əvvəllər -zadə şəkilçisi ilə bağlı bəzi mübahisələr olub: “Amma biz onun aid olduğu sözə bitişik yazılmasını təklif etdik. Çünki bəziləri bu soyad sonluğunu bitişik, bəziləri də defislə yazırdı. Artıq bundan sonra bir qayda olaraq bitişik yazılacaq. İstər Şahzadə, istər Həsənzadə, istərsə də Hüseynzadə olsun, şəkilçi olaraq sözə bitişik yazılmalıdır. Hazırda -zadə şəkilçisi ilə bitən bəzi soyadlar var ki, rəsmi sənədlərdə olduğu kimi, yəni hazırki Orfoqrafiya Normalarının qaydalarına riayət olunmayan şəkildə yazılır.  pizza

Bununla bağlı gələcəkdə tənzimləmələr həyata keçirilməlidir. Biz sadəcə olaraq, xüsusi isimləri deyil, ümumi isimləri təklif etmişik. Təbii ki, -zadə şəkilçisi təkcə xüsusi isimlərə deyil, ümumi isimlərə də bitişik yazılmalıdır. Dilimizdə -zadə şəkilçisi kimi -pərvər, -xana şəkilçiləri də var. Onlar da aid olduqları sözə bitişik yazılır”.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!