Yeni reallıqlar: Ermənistanın bükülən biləyi və Paşinyanın sıxılan əli...

saytların hazırlanması

Evə çatdırılma

Yeni reallıqlar: Ermənistanın bükülən biləyi və Paşinyanın sıxılan əli...

Siyasət

15 Oktyabr 2022 12:57 1644


Oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada yeni yaradılmış və rəngarəng fotolar seriyası ilə yadda qalan forumu zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında güclü və uzun əl sıxma ilə başlayan təkbətək görüş olub.

Üçüncü iştirakçının Azərbaycan Prezidenti İlham Əliyev olması isə diqqətəlayiq və kifayət qədər məntiqlidir. “Yeni Sabah” bildirir ki, kameralar qarşısına keçən Ermənistan və Türkiyə liderləri arasında ikitərəfli görüş də keçirilib. Ərdoğanın sözlərinə görə, “Paşinyanla görüş səmimi atmosferdə keçib, görüş zamanı bəzi tələblər irəli sürülüb və onlar xüsusi nümayəndələrə və xarici işlər nazirlərinə verilib”.

Məntiq sadədir: Ankara İrəvandan ikitərəfli münasibətlərin normallaşması yolunda konkret addımlar gözləyir və praktiki olaraq heç bir şübhə yoxdur ki, Ermənistanın hazırkı hakimiyyəti onlardan tələb olunan hər şeyi etməyə hazırdır. Lakin bu, yalnız təhrik edilmiş anti-Rusiya əhval-ruhiyyəsinin artması fonunda və onsuz da parçalanmış daxili müxalifətin son marginallaşmasından sonra edilə bilər. Ermənistanın düşdüyü hazırkı vəziyyətə görə məsuliyyət Moskvanın üzərinə düşür. pizza

İrəvanın bəzi absurd tələblərini indi ən kiçik səbəb olmadan Moskvaya bağlayırlar. Məsələn, “Rusiya Ukraynadan istədiyini Ermənistandan da istəyir...” və ya Amerika-Avropa “çətiri” altında qaçmağın alternativi yoxdur, yaxud da “Ermənistanı cilovlaya bilənlər yalnız Ankara və Bakıdır” və s.

Eyni zamanda, Ermənistanın şərq qonşusunun (Azərbaycan – red.) əlavə tələbləri də yayımlanır ki, bunlar “Arstax Müdafiə Ordusu”nun ləğvi, Qarabağın heç bir muxtariyyət/status olmadan Azərbaycanın bir hissəsi kimi tanınması, Ermənistan ərazisindən Bakıya dəhlizin verilməsi, 1919-1920-ci illərin xəritələrinə əsasən, delimitasiya və demarkasiya prosesinə başlanılması və Ermənistan tərəfindən törədilən hərbi cinayətlərdə itkin düşmüş azərbaycanlıların taleyini öyrənmək məsələləridir. Həmin tələblərin bəziləri artıq yerinə yetirilməkdədir.

“Ermənistan hökuməti “Artsax”la bağlı hər hansı məsələni müzakirə etməkdən və həll etməkdən əllərini tamamilə üzür və o, özünü “Artsax”ın taleyi ilə bağlı məsələlərin həllinə görə məsuliyyət daşımamağa çalışır”, – “Hayatsk” analitik mərkəzinin direktoru Anna Karapetyan bu yaxınlarda erməni KİV-lərinə açıqlamasında bildirib.

Praqa danışıqlarının nəticələri ilə bağlı konkret məlumatın olmamasına baxmayaraq, İlham Əliyevin 2022-ci ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə bəyanatına da diqqət yetirilməlidir: “Hesab edirəm ki, qərar qəbul olunarsa, o zaman yaxın vaxtlarda iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işə başlayacaq və biz ilin sonuna qədər razılığa gələ bilərik”.

Azərbaycan Prezidentinin sözlərinə görə, sülh prosesi indi sürətlənib və heç kim – nə Ermənistan tərəfi, nə də Avropa Şurası, rəsmi Bakının təqdim etdiyi prinsiplərə – suverenliyin qarşılıqlı tanınması, beynəlxalq sərhədlərin və siyasi müstəqilliyin toxunulmazlığı, ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi, bir-birinin təhlükəsizliyinə qarşılıqlı təhdidlərin istisna edilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlığa qarşı deyil.

Bu istiqamətdə Əliyev və Paşinyan arasında Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelin müşayiəti ilə Praqa Forumu çərçivəsində danışıqların iki raundu keçirilib. Bakı və İrəvan MDB-nin məqsəd və prinsipləri ilə bağlı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Bundan əlavə, Ermənistan oktyabrın sonunadək Azərbaycanla sərhədə çatmalı olan Aİ-nin mülki missiyasını ən azı iki ay müddətinə (yəni yeni ilə qədər) dəstəkləməyə hazırdır. Bakı da öz növbəsində, sözügedən missiya ilə özünə aid olduğu qədər əməkdaşlığa razıdır. Missiyanın bəyan etdiyi məqsəd etimad yaratmaq və müvafiq hesabatları dərc etməklə sərhəd komissiyalarına kömək etməkdir.

Tanınmış qafqazlı ekspert Sergey Markedonov isə yazır ki, Ermənistan-Azərbaycan sərhədində hələ delimitasiya edilməmiş beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ideyası böyük ölçüdə Makronun səyləri nəticəsində dövriyyəyə buraxılıb. Elize sarayının mətbuat xidmətinin məlumatına görə, “Ermənistan və Azərbaycan Praqa görüşündən sonra bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb”.

Qarabağda və xüsusilə Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı eskalasiya Vaşinqton və Brüsselin danışıqlar prosesində fəal iştirakına xüsusi mane olmur. Hətta kollektiv Qərb Moskva variantından tərəfləri mümkün qədər yayındırmaq üçün bir sıra cəzbedici təkliflər də irəli sürürlər. Güman etmək olar ki, yeni regional reallıqlar və Ukraynada uzun sürən xüsusi hərbi əməliyyatla bağlı bir sıra amillər səbəbindən sülh sazişi üzrə aktiv iş davam edəcək.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!