“Yeni Sabah” saytına 4 gün əvvəldən başlayan hakker hücumları dayanmadan davam edir.
Bu müddətdə saytın texniki heyəti mümkün imkanlardan istifadə edərək bu hücumların qarşısını almağa çalışır.
Bu gün isə hücumlar total həddə çatıb. DDOS sorğu bəzi hallarda saniyədə 8 milyona çatır. Hücumlar demək olar ki, qısa müddət ərzində ən müxtəlif ölkələr üzərindən olur. Təkcə bu gün Sinqapur, İndoneziya, Çili, Rusiya, İspaniya, Malta, Lüksemburq, Farel adaları və Polşa İP-lərindən belə sorğular göndərilib. pizza hut
Hücumlar konkret bir linkə edilmədiyindən arxasında hansı səbəbin dayandığını müəyyən etmək çətindir. Eyni anda həm saytın ana domeni, həm də admin-paneli hədəf götürülüb. Görünən odur ki, bu hər hansı həvəskar deyil, professional kibercinayətkar dəstənin işidir.
Oxucularımızdan problemlə üzləşdikdə anlayışla qarşılamağı xahiş edirik!
Telegram kanalımız