“Yeni sədr gələn kimi 50 min fəhləni işsiz qoydu”

“Yeni sədr gələn kimi 50 min fəhləni işsiz qoydu”

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 21:43 844


 

Deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevi sərt tənqid edib. 

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, parlamentdə çıxışında qeyd edib ki, bu komitəyə yeni sədr təyin edilib: “Adı da Samirdir. Biz o təyin olunanda alqışladıq ki, təzə, cavan adamdır. O gələn kimi bütün tikinti işlərini dayandırdı. Bakı şəhərində 50 min fəhlə hazırda işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini başa düşürmü? Cənab prezidentin əsas qayəsi işsizliyə son qoyulması, özünəməşğulluğun təmin edilməsidir. Oqtay müəllim, bilirsiniz ki, mənim tikinti işi ilə əlaqəm yoxdur. Amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda Rüfət Aslanlını da alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma bu insanların məşğulluğuna son qoyub. Xahiş edirəm ki, məsələni diqqətə alasınız”.

Spikerin deputata cavabı belə olub:

“Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiz?”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!