Yeni sədr Rauf Vəliyevin əsas adamını işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Yeni sədr Rauf Vəliyevin əsas adamını işdən çıxardı

İqtisadiyyat

22 Yanvar 2026 12:03 1582


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin yeni sədri Əfqan Cəlilov qurumda kadr islahatlarına başlayıb. 

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əfqan Cəlilovun əmri ilə "ASCO Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Hüseynov Sabir Həsən oğlu vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.

Xəbəri dəqiqləşdirmək üçün ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyevlə əlaqə saxlamağa çalışsaq da, telefona cavab vermədi. Toyuqlu pizza

Qeyd edək ki, Sabiq Hüseynov ASCO İdarə Heyətinin sabiq sədri Rauf Vəliyevin ən yaxın adamı hesab olunurdu. O, 2018-ci ildən sözügedən quruma rəhbərlik edirdi.

"ASCO Mühafizə" və "ASCO Logistics" kimi qurumlar "ASCO Nəqliyyat" MMC-nin tərkibində fəaliyyət göstərir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!