Yeni təyin olunan icra başçısı kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Yeni təyin olunan icra başçısı kimdir?

Siyasət

05 Fevral 2019 20:43 4207


Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahov bundan əvvəl Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb.

E.Salahov 5 sentyabr 2018-ci ildə birinci müavin təyin edilib. Buna qədər isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub.

Elşən Salahovun atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. Elşən Salahov əvvəllər ”Standart KB"-də işləyib. Pepperoni pizza

G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini icra edirdi.

Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad edilib.

Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!