Yeni virus COVID-dən daha təhlükəlidir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Yeni virus COVID-dən daha təhlükəlidir? - Video

Sosial

12 Yanvar 2025 00:10 727


Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir.

Yenisabah.az xəbər verir ki, əsas simptomları öskürək, hərarət, burun tutulması və yorğunluq olan virusa yoluxma halları bir sıra ölkələrdə artıb. Qonşu Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Milli Mərkəzi də son həftələrdə qripin müxtəlif növlərinə yoluxma hallarının artdığını açıqlayıb.

Səhiyyə üzrə ekspert, Gürcüstanın Mərkəzi Respublika Xəstəxanasının həkimi Maka Beluaşvili metapnevmovirusun COVID-19-dan fərqini izah edib: Pepperoni pizza

"COVID-19 dünyada yeni virus növü olduğundan onunla mübarizə aparmaq olduqca çətin oldu. Metapnevmovirus isə yeni deyil. Bu barədə bütün səhiyyə işçiləri məlumatlıdırlar və müalicə-profilaktika tədbirləri bəllidir. Vətəndaşlara tövsiyə edirəm ki, mövsümi virusların geniş yayıldığı bu aylarda yüksək hərarət, boğaz ağrısı, öskürək kimi əlamətlər bir neçə gün davam edərsə, mütləq həkimə müraciət etsinlər".

Ətraflı Baku TV-nin süjetində:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!