Yeni virus: “Pomidor qripi”nə yoluxanlar var

saytların hazırlanması

Evə çatdırılma

Yeni virus: “Pomidor qripi”nə yoluxanlar var

Dünya

01 İyun 2022 22:28 1208


Hindistanda 80-dən çox uşaq "pomidor qripi"nə yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə Hindistanın "İndia Today" qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistanın səhiyyə orqanları infeksiya ilə mübarizə aparmaq üçün kampaniyaya başlayıb. Nəşrin məlumatına əsasən, təkcə Kerala şəhərində 82 körpədə bu virus aşkar edilib.  pizza

Xəstəliyin simptomlarına yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı daxildir.

"Bu, həyati təhlükəsi olmayan bir xəstəlikdir, lakin yoluxucudur və insandan insana keçə bilər", - deyə nəşr ekspertlərə istinadən qeyd edib.

Hindistan səlahiyyətliləri infeksiya nəticəsində hələlik ölüm faktı qeydə almayıb.Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!