Yeni xəstəlikləri insan orqanizminə daşıyan amil –   Həkimdən VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yeni xəstəlikləri insan orqanizminə daşıyan amil – Həkimdən VACİB AÇIQLAMA

Sağlamlıq

16 Aprel 2025 17:23 1470


Əvvəlki dövrlərlə müqayisədə bu günlərdə daha çox xəstəlik adlarını eşidir, daha çox insanın sağlamlıq problemləri ilə mübarizə apardığını müşahidə edirik. Sanki illər keçdikcə səhhətimizdə yeni-yeni problemlər baş qaldırır, əvvəl az-az rast gəlinən bəzi xəstəliklər indi adi hal alıb. Xərçəngdən tutmuş allergiyalara, autoimmun pozuntulardan psixoloji narahatlıqlara qədər geniş bir spektrdə sağlamlıq problemlərinin artması, bir çoxumuzun diqqətini cəlb edir.

Bəs görəsən, bu dəyişikliklər hansı səbəblərdən qaynaqlanır? Yaşadığımız mühit, qidalanma tərzimiz, texnologiyanın təsiri, yoxsa sürətli həyat tempi sağlamlığımıza belə ciddi şəkildə təsir edir? Ən əsası isə bu xəstəliklərin qarşısını almaq, sağlam qalmaq üçün nələr etməliyik?

Həkim-terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında sözügedən mövzuya belə aydınlıq gətirib: pizza mizza

“Müasir dövrdə insanların həyat tərzi, qidalanma vərdişləri, texnologiyanın sürətli inkişafı və hərəkətsiz yaşam tərzinə keçid bir sıra sağlamlıq problemlərinin artmasına səbəb olur. Artıq əvvəllər nadir hallarda rast gəlinən, bu gün isə tez-tez eşitdiyimiz xəstəliklər arasında ürək-damar, mərkəzi sinir sistemi və keyfiyyətsiz qidalanma nəticəsində yaranan mədə-bağırsaq sistemi xəstəlikləri üstünlük təşkil edir. Bu kimi problemlərin sayı durmadan artır.

Digər tərəfdən, bəzi hallarda “yeni” adlandırılan xəstəliklərin meydana çıxması ilə bağlı fikir formalaşır. Əslində, bu xəstəliklər həmişə mövcud olub, sadəcə elm və tibbin inkişaf səviyyəsi onların aşkar olunmasına imkan yaratmayıb. Bu gün isə müasir texnologiyalar sayəsində həmin xəstəlikləri müəyyənləşdirmək və adlandırmaq mümkündür. Bu da insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır, çünki xəstəliklərin səbəbləri və müalicə yolları daha dəqiq təyin olunur”.

Həkim vurğulayıb ki, xüsusilə virus mənşəli xəstəliklər sahəsində yeni adlara daha çox rast gəlinir:

“İnsanlar bəzən düşünür ki, bu xəstəliklər yalnız müasir dövr üçün xarakterikdir. Halbuki bu fikir doğru deyil. Yeni xəstəliklərin aşkarlanması və adlandırılması onların indi daha dərindən araşdırılması ilə əlaqədardır. Bu isə cəmiyyət üçün müsbət haldır, çünki bu yolla xəstəliklərin qarşısını almaq və effektiv müalicə metodları tətbiq etmək mümkündür.

Nəticə etibarilə, elm və texnologiyanın inkişafı insanlara daha sağlam bir gələcək və xəstəliklərdən uzaq həyat imkanı qazandırır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!