Yeni yoluxucu xəstəlik - “pomidor qripi“

saytların hazırlanması

Evə çatdırılma

Yeni yoluxucu xəstəlik - “pomidor qripi“

Dünya

05 İyun 2022 11:00 886


Hindistanda “pomidor qripi” adlandırılan yeni təhlükəli infeksiya yayılıb.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, ölkənin Kerala ştatında sözügedən infeksiyaya artıq 80-dən çox yoluxma qeydə alınıb.

Bu virusa əsas olaraq 5 yaşına qədər uşaqlar yoluxur. “Pomidor qripi” bütün bədəndə səpkilərə səbəb olur və səpkilər dairəvi və qırmızı forma alır. Dəridə yaranan qabarcıqların böyüklüyü və rənginə görə bu infeksiya “pomidor qripi” adlandırılır. pizza mizza

Xəstəliyin simptomları sırasında isə qızdırma, ürəkbulanma, qusma, diareya və oynaq ağrıları var. Bu virusdan hələ ki ölüm halı qeydə alınmayıb.

Alimlər qeyd edib ki, “pomidor qripi” meymunçiçəyinin simptomlarını xatırladır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!