Xəbər verdiyimiz kimi bu gün Yeni Zelandiyada dəhşətli qətliam həyata keçirilib. Məsciddə törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Terrorçunun ölməzdən əvvəl 70 səhifəlik manifesto yaydığı, prezident Ərdoğan ilə türk xalqını hədəfə aldığı bəlli olub.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında deyib ki, Yeni Zelandiyada müsalmanlara qarşı xristian dininə mənsub şəxsin terror törətməsi və Türkiyə əleyhinə şüarı ciddi mətləblərdən xəbər verir:
“Dünyanın təhlükəsizlik ölkəsi olan Zelandiyada törədilən terror misli görünməmiş bir vəhşilikdir və dinlərarası toqquşmaya rəvac verən bəzi mərkəzlərin planıdır. Ərdoğan və Türkiyənin hədələnməsi xüsusi nüansların olduğunu göstəririr. Deməli, bunu törədənlər, planlaşdıran mərkəzlər Türkiyədə də eyni terror həyata keçirə bilərlər. Bundan əlavə, görürük ki, Türkiyə dövləti və onun rəhbərinə qarşı ciddi planları var. Bu təhlükə artıq birbaşa Türkiyə əleyhinə də ola bilər. Ərdoğanın son illərdə müsəlman dünyasında nüfuzu, Yaxın Şərqdə sülh prosesinə verdiyi dəstək, görünür, bəlli qrupları narahat edir”. Marqarita pizza
Politoloq qeyd edib ki, xristian terrorunun ortaya çıxması təhlükəli tendensiyadır:
“Və yeni dünya düzənində qanlı olaylara səbəb ola bilər. Azərbaycan Türkiyə ilə qardaş ölkədir. Bu baxımdan Türkiyəyə edilən hər hansı hərəkət bizə qarşıdır. Amma, bütövlükdə ölkəmiz üçün elə bir təhlükəsi yoxdur. Sadəcə, bu beynəlxaq konyukturada cəza mexanizmin işə düşməsidir. Azərbaycan beynəlxalq siyasət arenasında mövqe savaşı aparmır. Ölkəmiz kifayət qədər erməni terroru ilə üz-üzədir. Bu amildən istifadə edən ermənilər bizə qarşı terroru işə sala bilərlər. Xristian-müsəlman davası ermənilərin strateji hədəfidir”.
Günay Rəsulqızı
Telegram kanalımız