Yeni Zelandiyadakı terrorda Rusiya izləri – “Antitürk xətti güclüdür”

saytların hazırlanması

Evə çatdırılma

Yeni Zelandiyadakı terrorda Rusiya izləri – “Antitürk xətti güclüdür”

Siyasət

16 Mart 2019 15:21 1935


“Yeni Zelandiya terrorçusu Brenton Tarrant hadisəni törətməyə gedəndə avtomobilində çetnik marşı dinləyir. Qısaca deyim ki, çetniklər serb-pravoslav radikallarıdır. "Böyük Serbiya" xəyalı uğrunda mübarizə aparırlar”.

“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Yuqoslaviya dağılarkən Bosniya və Kosovoda Serbiya ordusu ilə bərabər müsəlmanlara qarşı soyqırım və qətliamlar törədən silahlı serb dəstələri çetniklər idi:

“Vaxtilə Osmanlı Balkanları və pravoslav xristianlığın mərkəzi Konstantinopolu ələ keçirdiyi üçün antitürk xətti çetniklərdə güclüdür. Görünür, Tarrantın ya bu qruplarla əlaqəsi var, ya da internetdə onların təbliğat materiallarını görüb və təsirlənib. Onun Sultan l Muradı öldürmüş Miloş Obiliç və türklərlə döyüşlərdə tarixi qələbələrə imza atmış gürcü (pravoslav) çarı Qurucu David və çariça Tamaranın əri David Soslanı vəsf etməsi böyük ehtimalla buradan irəli gəlir. pizza mizza

Çetnik qruplarının Rusiya kəşfiyyatı ilə əlaqələri sirr deyil. Onlar Donbasda Ukraynaya qarşı döyüşür. (Bu barədə "YouTube"da videolar var.) 2016-cı ildə QRU Monteneqroda təşkil etdiyi uğursuz çevriliş və sui-qəsd cəhdində çetniklərdən də yararlanmışdı”.

Politoloq terrorun əsas motivindən də söz açıb:

“Miqrantların axını qarşısında Avropa mədəniyyəti və identikliyi məhv təhlükəsi ilə üzləşib, avropalıların sayı azaldığı halda, gəlmələr sürətlə çoxalır. Tarrant Fransada gördüklərindən dəhşətə gəldiyini bildirir və buna görə Merkel ilə Makronu lənətləyir. O, hadisədən əvvəl yazdığı manifestdə bu barədə geniş bəhs edib. Yazının ruhu və məzmunu ümumilikdə Qərbdəki (ABŞ başda olmaqla) "alternativ sağ"çı (Alt-Right), neonasist, antiqlobalist, liberal düzəni dəyişmək istəyən, bu səbəblə Putini həmfikir kimi görüb ona rəğbət bəsləyən qrupların ritorikası və baxışlarına yaxındır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!