Yeniyetmənin ölümünə görə “Lexus” sürücüsünə ittiham verildi

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmənin ölümünə görə “Lexus” sürücüsünə ittiham verildi

Kriminal

19 Sentyabr 2019 09:04 990


Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rizvan Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Yeni Sabah" "Report"a istinadən bildirir ki, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Fəqan Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası sentyabrın 27-də keçiriləcək. Pepperoni pizza

Qeyd edək ki, hadisə bu il iyulun 15-də paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.

Həmidov Rizvan Rza oğlu idarə etdiyi "Lexus" markalı avtomobillə Hava Limanından "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən Bakı Olimpiya Stadionunun yaxınlığında idarəetməni itirərək qarşıda onunla eyni istiqamətdə hərəkət edən Yusubov Zamin İsməli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobili vurub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, sürücü Z.Yusubovun oğlu, 2006-cı il təvəllüdlü Yusubov Namiq Zamin oğlu ağır dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

R.Həmidova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!