“Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər” - İşdən çıxarılan nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər” - İşdən çıxarılan nazir müavini

Siyasət

04 Fevral 2022 19:26 4029


“Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim”.

Yenisabah.az xəbər verir ki, bu sözləri  Səhiyyə nazirinin müavini vəzifəsindən bu gün azad olunan Viktor Kərimoviç Qasımov deyib.

Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, başqa işə təyin edilməyib:  pizza hut

“Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəyəm. Baxacam vəziyyətə. Görüm nə olacaq? Vəzifəmdən azad olunacağımı gözləmirdim.

Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hər hansısa bir vəzifə verilməyib”.

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır: 

“Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”./Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!